“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

2026-cı ilin yanvar-fevral aylarında “SOCAR Polymer” MMC 35,7 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz çoxdur.

BusinessTime xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar- fevral aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 30,3 milyon dollar olub.