Müasir, rahat və sərfəli: Leapmotor A05 hetçbeki bazara çıxıb

Müasir, rahat və sərfəli: Leapmotor A05 hetçbeki bazara çıxıb

Çində subkompakt elektrik hetçbeki Leapmotor A05-in satışlarına başlanılıb. Model aqressiv başlanğıc qiyməti ilə diqqət çəkir və gələcəkdə Avropa bazarında Leapmotor B03 adı ilə təqdim olunacaq.

Yeni modelin rahat və geniş salonla yanaşı, müasir təchizata malik olduğu bildirilir.

Leapmotor A05-in Çində yüksək satış göstəricilərinə nail olaraq bazarın ən çox satılan modellərindən birinə çevrilmək şansı olduğu qeyd edilir. Modelin Avropa bazarına çıxışı isə daha sonra baş tutacaq.