Rusiyadan buğda ixracı azaldı
Ötən ay Rusiyadan buğda ixracı illik müqayisədə 39,5% azalaraq 2,47 milyon tona enib.
BusinessTime.az bu barədə TASS-a istinadən xəbər verir.
Qeyd olunub ki, ümumilikdə, kənd təsərrüfatı mövsümünün əvvəlindən Rusiyadan buğda ixracı azalsa da, rekord səviyyədə - 32,2 milyon ton olaraq qalır ki, bu da əvvəlki mövsümün analoji dövrü ilə müqayisədə 0,4 milyon ton çoxdur.
Türkiyəyə ixrac mövsümün əvvəlində tətbiq edilən məhdudiyyətlər səbəbindən azalıb, baxmayaraq ki, bu ölkə əvvəllər Rusiyadan buğda idxal edən ölkələr arasında birinci və ikinci yerləri tuturdu.

