“S&P” Rusiya şirkətlərinin reytinqlərini ləğv edir

“S&P” Rusiya şirkətlərinin reytinqlərini ləğv edir

“S&P Global Ratings” (“S&P”) beynəlxalq reytinq agentliyi 2022-ci il aprelin 15-dək bütün Rusiya şirkətlərinin reytinqlərinin ləğv ediləcəyini elan edib.

Bu barədə Rusiya mətbuatı “S&P”-yə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu qərar Avropa İttifaqı tərəfindən Rusiyada hüquqi şəxslərə, təşkilatlara və qurumlara kredit reytinqinin verilməsinə qadağa qoyulmasından sonra verilib.

Xatırladaq ki, bu ilin martın 9-da “S&P” Rusiyada kommersiya fəaliyyətini dayandırdığını elan edib.

BusinessTime