Sahibə Qafarova yenidən Milli Məclisin sədri oldu
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.
İclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.
Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib.
Gündəliyə əsasən, Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb.
Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.
Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.