Onlar vitse-spiker seçildi
Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin sədr müavinlərinin seçilməsi məsələsi müzakirə edilib.
Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əli Əhmədov I vitse-spiker, bitərəflərin namizədi Musa Qasımlı, parlamentdə azlıq təşkil edən partiyaların namizədi Rafael Huseynli və Ziyafət Əsgərov vitse-spikerlər seçilib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçirilib.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.