Sahil Babayev Elman Rüstəmovun qardaşı oğluna vəzifə verdi

Sahil Babayev Elman Rüstəmovun qardaşı oğluna

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyəti sədrinə müavin təyin edilib.

"BusinessTime" xəbər verir ki, bu vəzifə Mürsəl Rüstəmova həvalə olunub.

O, eyni zamanda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədridir.

Xatırladaq ki, Mürsəl Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sabiq sədri, Azərbaycan Baş Nazirinin müşaviri Elman Rüstəmovun qardaşı oğludur.