Baş nazir yeni qərarlar imzaladı

Baş nazir yeni qərarlar imzaladı

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilib. Avqustun 4-də bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

* * *

“Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları”nın təsdiq edilib. Avqustun 4-də bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

* * *

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib. Avqustun 4-də bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

* * *

“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nın təsdiq edilib. Avqustun 4-də bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

* * *

Avqustun 4-də Baş nazir Əli Əsədov “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında yeni qərar imzalayıb.

* * *

“Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın təsdiq edilib. Avqustun 4-də bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

* * *

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. Avqustun 4-də bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

* * *

“Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarının ləğv edilib. Avqustun 4-də bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

* * *

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə Qaydası”nın təsdiq edilib. Avqustun 4-də bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

* * *

Avqustun 4-də Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının ləğv edilməsi haqqında yeni qərar imzalayıb.