“İpək Yolu Sığorta”nın ödənişləri KƏSKİN AZALDI

“İpək Yolu Sığorta”nın ödənişləri

Bu ilin birinci yarısında “İpək Yolu Sığorta” ASC-nin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi 7 milyon manat olub.

BusinessTime bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74% azdır.

Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında bu göstərici 27 milyon manat olub.

Qeyd edək ki, “İpək Yolu Sığorta” ASC 1995-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 14 milyon 777 min manat, qanuni təmsilçisi isə, Niyazi İmanovdur.