Sima Yaqubova CEPEJ-in 45-ci plenar iclasında iştirak edib

Sima Yaqubova CEPEJ-in 45-ci plenar iclasında iştirak edib
2025-ci ilin 4-5 dekabr tarixlərində Strasburq şəhərində Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 45-ci plenar iclası keçirilib. 
 
İclasda Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə Proqramının üçüncü mərhələsində (PGG3) icra olunan "Azərbaycanda mediasiyanın təşviqi" layihəsi çərçivəsinde Mediasiya Şurasından Şuranın İdarə Heyətinin üzvü Sima Yagub iştirak edib.
 
CEPEJ üzvü olan ölkələrin nümayəndələrinin, işçi qrupların üzvlərinin və ekspertlərin iştirakı ilə keçirilən iclas çərçivəsində məhkəmə idarəçiliyi sahəsində son dövrdə həyata keçirilmiş islahatlar barədə məlumat mübadiləsi aparılıb, həmçinin Uşaq İnklüziv Mediasiyasının Təşviqi üzrə Bələdçi (CIM) (CEPEJ-GT-QUAL(2025)9) layihəsini təqdim edilib. CEPEJ-GT-QUAL üzvləri sənədi müzakirə edərək, müsbət qarşılayıblar.
1
1
1
1
1