Şimali Kipr Azərbaycandan kömək istədi
Ötən il İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına müşahidəçi üzvlük üçün edilən müraciətin tezliklə müsbət nəticələnməsi üçün sizlərdən dəstək istəyirik.
Modern.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətininin Məclis sədri Ziya Öztürk Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında deyib.
Öztürk çıxışında Azərbaycanın mövqeyinə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə KKTC-nin müstəqil dövlət kimi tanınması prosesində Kipr türklərinin yanında olduğunu bəyan edib və qurumun Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması ideyasını dəstəkləyib.
“Bu iki güclü liderin Kipr türklərinin yanında dayanmasını bir daha hörmətlə salamlayır, minnətdarlığımı bildirirəm. Bu dəstək bizə güc verir və mübarizə əzmimizi daha da möhkəmləndirir”, – deyə o qeyd edib.

