Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti mediatorları qəbul edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyətini qəbul edib. 

12-14 mart 2024-cü il tarixində Türk Dünyası Mediatorlar Birliyinin Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan nümayəndə heyəti Prezident Ersin Tatar tərəfindən qəbul edilib. Qəbul zamanı Ersin Tatar hər iki türk dövlətindən Kiprə səfər edən mediatorları salamlayıb, onlara ziyarət və əlaqələrin qurulmasındakı rollarına görə dərin təşəkkür edib. Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Türk Dünyası Mediatorlar Birliyinin yaranma məqsədi, qarşıda duran hədəflər barədə ölkə Prezidentinə məlumat verib və Kiprdə mediasiya proseslərinin quruculuğunda türk dövlətləri təcrübəsində dəstək ola biləcəklərini söyləyib. O qeyd edib ki, bu sahədə Azərbaycan və Türkiyə təcrübəsi kifayət qədər mütərəqqi nəticələr əldə edib və bu təcrübəni böyük məmnuniyyətlə digər görüşlərdə də bölüşəcəklər. Azərbaycandan səfərdə olan Mediasiya Şurasının təmsilçiləri üzrə nümayəndə heyətinin rəhbəri Azərbaycan mediatorları adından Ersin Tatarı salamlayıb, ona bu görüş üçün zaman ayırdığına görə dərin təşəkkür edib. Qasım Şalıyev Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının tərkib hissəsi olan mediasiya islahatları barədə də Ersin Tatara məlumat verib. 

Səfərdə ölkəmizi təmsil edən nümayəndə heyətinə Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə mediator, mediasiya təlimçisi və Türk Dünyası Mediatorlar Birliyində Azərbaycan Mediasiya Şurasını təmsil edən Komissiya sədri Qasım Şalıyev rəhbərlik edir. Eyni zamanda nümayəndə heyətinin tərkibinə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, mediasiya təlimçisi, Bakı 14 saylı mediasiya təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, mediator, mediasiya təlimçisi Gültəkin Məmmədova, Türk Dünyası Mediatorlar Birliyində Azərbaycan Mediasiya Şurasını təmsil edən Komissiya sədri Miryusif Cavadzadə, mediasiya təlimçisi, Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova, Bakı 6 saylı mediasiya təşkilatının rəhbəri, mediasiya təlimçisi Tural Şahbazov, mediasiya təlimçisi, mediator, Gəncə 1 saylı mediasiya təşkilatının rəhbəri Südabə Məmmədova, mediator, Bakı 20 saylı mediasiya təşkilatının rəhbəri Nicat İsmayılov, Salyan 1 saylı mediasiya təşkilatının rəhbəri Elman Hənifəli daxildir.

Türkiyə Cümhuriyyətini isə Türk Dünyası Mediatorlar Birliyinin nümayəndələri - T.D.A.B. sədri, vəkil - mediator Yakup Erikel, üzvləri Serpil Akdeniz, Hüseyin İlhan Yetişgin, Çiğdem Arslan, Yusuf Gözel, Meltem Temurer, T.D.A.B. Şimali Kipr Türk Cümhuriyyəti kordinatoru, vəkil - mediator Ayfer Bozyiğit, T.D.A.B. Tədris Komissiyasının kordinatoru, vəkil - mediator Yasemin Güllüoğlu, T.D.A.B. Mərkəzi Komissiyanın kordinatoru, vəkil - mediator Osman Çelebi, T.D.A.B. Rabitə və Əməkdaşlıq Komissiyasının kordinatoru, vəkil - mediator Havva Hacınecipoğlu, T.D.A.B. Macaristan Komissiyasının üzvü, vəkil - mediator Hasan Oymak, T.D.A.B. Media Təşviqi Komissiyasının kordinatoru vəkil - mediator Ayşe Eda Günday, Akademik Mədəni və Təbii İrs eksperti Özcan Temurer, T.D.A.B. Tədris Komissiyasının üzvü, vəkil - mediator Emrullah Manav təmsil edir.

#MediasiyaŞurası #TDMB #KKTC #mediasiya