SOCAR "Emerson Electric Co." ilə bərpaolunan enerji layihələrində əməkdaşlığı müzakirə edib

SOCAR "Emerson Electric Co." ilə bərpaolunan enerji layihələrində əməkdaşlığı müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin "Emerson Electric Co." şirkəti ilə bərpaolunan enerji layihələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin "Emerson Electric Co." şirkətinin Avropa regionu üzrə prezidenti Con Nita ilə keçirilən görüşdə baş tutub.

Görüşdə şirkətlər arasında neft-qaz sənayesinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, ağıllı monitorinq sistemlərinin tətbiqi məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı həmçinin, emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və davamlı texnoloji həllərin tətbiqi istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.