Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 86,95 ABŞ dolları təşkil edib.
BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 2,54 ABŞ dolları yaxud 3 % irəliləmə deməkdir.
Qeyd edək ki, Azərbaycanın 2024-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dolları müəyyən edilib.
Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 barelin dəyəri 78,55 ABŞ dollarına satılıb.