"Sumqayıt Tekstil"in nizamnamə kapitalı 46 % azaldılır
"Sumqayıt Tekstil" MMC nizamnamə kapitalını 4,662 milyon manat və yaxud 46,1 % azaldılaraq 10,112 milyon manatdan 5,45 milyon manata endirdiyini elan edib.
BusinessTime bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Sumqayıt Tekstil"i 2023-cü ilin avqust ayında özəlləşdirib. Bununla bağlı elan edilmiş investisiya müsabiqəsinin qalibi "Sumqayıt Texnologiyalar Parkı" MMC olub.

