Gələn ilin büdcə xərcləri AÇIQLANDI
Gələn il Azərbaycanın dövlət büdcəsində əksər istiqamətlə üzrə xərclər bu illə müqayisədə çox olacaq.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, müdafiə və təhlükəsizlik xərcləri 1,1% artırılaraq 8 816,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 3% artırılaraq 3 433,6 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 0,2% azaldılaraq 5 506,3 milyon manat, təhsil xərcləri 1,6% artırılaraq 5 098,2 milyon manat, səhiyyə xərcləri 2,9% artırılaraq 2 082,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 0,9% artırılaraq 4 916 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 2,1% artırılaraq 645,2 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 0,15% artırılaraq 335 milyon manat, kənd təsərrüfatı xərcləri 12,5% artırılaraq 1 379,5 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 5,5% artırılaraq 438,7 milyon manat, iqtisadi fəaliyyət xərcləri 13,2% artırılaraq 8 891 milyon manat, dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri 10,5% azaldılaraq 2 200 milyon manat olması nəzərdə tutulur.


