Diplomlu gənclərdə "süni intellekt" PANİKASI - İş yerləri təhlükədədir
ABŞ-də universitet məzunları süni intellekt texnologiyalarının əmək bazarında yaratdığı risklərə görə kütləvi narazılığa başlayıb.
BusinessTime xarici mediaya istinadən xəbər verir ki, tələbələr buraxılış mərasimlərində bu mövzuda çıxış edən natiqləri etirazla qarşılayaraq fitə basıblar. Təhsilə on minlərlə dollar xərcləyən gənclər artan işsizlik probleminin əsas səbəbi kimi məhz sözügedən texnologiyanı göstərirlər.
Bununla belə, aparılan son araşdırmalar süni intellektin bütün sahələr üçün eyni dərəcədə təhlükə yaratmadığını üzə çıxarıb. Mütəxəssislərin təhlillərinə görə, bəzi peşələr rəqəmsallaşmadan zərər çəksə də, bir sıra ixtisaslara tələbat hələ də yüksək olaraq qalır. (Plat.az)


