THY uçuş nöqtələrinin sayını artırır

THY uçuş nöqtələrinin sayını artırır

Dünyanın bir çox ölkəsinə uçuşlar edən “Türk Hava Yolları” (THY) aviaşirkəti martın 15-dən etibarən təyinat nöqtələrinin sayını artıracaq.

Bununla bağlı şirkətdən bildirilib. Məlumata əsasən, indiyə qədər beş qitədə 129 ölkə və 345 istiqamətə səfər edən THY martın 15-dən etibarən Avstraliyanın Melburn şəhərinə reyslər təşkil edərək altıncı qitəyə uçuşlara başladacaq. Beləliklə, aviaşirkətin hərəkət istiqamətindəki ölkələrin sayı 130-a yüksələcək.

Uçuşlar Sinqapurdan tranzit səfərlərlə həyata keçiriləcək ki, bununla da THY Melburn aeroportuna uçuş edən yeganə Avropa hava yolu şirkəti olacaq.