Tikintilərin Dövlət reyestri ilə bağlı qaydalarda dəyişiklik olunub

Tikintilərin Dövlət reyestri ilə bağlı qaydalarda dəyişiklik olunub

Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarında dəyişiklik olunub.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, tikinti obyektlərinin istismarına icazə verilməsi və məlumatlandırma icraatı ilə bağlı məlumatların Dövlət reyestrinə ötürülməsi müddətləri dəqiqləşdirilib və sürətləndirilib. Belə ki, tikinti obyektinin istismarına icazə verildiyi andan, eləcə də tikintinin başa çatması barədə sifarişçi tərəfindən məlumat təqdim edildikdən sonra bu məlumatların dərhal reyestrə daxil edilməsi təmin olunacaq.

Eyni zamanda, tikintilərlə bağlı bəzi məlumatların təqdim edilməsi mexanizmləri sadələşdirilib, o cümlədən sifarişli poçt göndərişi ilə bağlı tələblər ləğv edilib və bir sıra redaktə xarakterli dəyişikliklər aparılıb.