Turistlər Azərbaycana ən çox bu məqsədlərlə gəlir - SİYAHI

Turistlər Azərbaycana ən çox bu məqsədlərlə gəlir

Bu ilin yanvar ayında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 113 min 216 nəfər olub.

Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, gələn turistlərin ən çoxu istirahət və əyləncə məqsədi ilə gəlib. Bu məqsədlə Azərbaycana gələn turistlərin sayı 879 min 148 nəfər olub.

Turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfər məqsədləri aşağıdakı kimidir:

İşgüzar məqsədilə - 23 min 558 nəfər

Qohumlara, dostlara baş çəkmək məqsədilə - 13 min 682 nəfər

Tranzit məqsədilə - 1 822 nəfər

Müalicə məqsədilə - 1 149 nəfər

Mağazalara baş çəkmək məqsədilə - 260 nəfər

Dini ziyarət məqsədilə - 181 nəfər

Digər turizm məqsədilə - 220 nəfər

Azərbaycana turizm məqsədilə gələnlərin ən çox olduğu ölkələr sırasında Rusiya Federasiyası (28 912 nəfər) birinci yerdədir. Onu Hindistan (15 771 nəfər) və Türkiyə (14 766 nəfər) izləyir.