Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.

Gözlənildiyi kimi TCMB faizini dəyişməz (sabit) saxlayıb. 

Türkiyə Mərkəzi Bankı ardıcıl 4-cü dəfədir faizini sabit saxlayır.

"Son dövrlərdə inflyasiyanın yüksəlməsinə - enerji xərclərinin artması, iqtisadi əsaslardan uzaq qiymət formalaşmalarının müvəqqəti təsiri, qlobal enerji, ərzaq və kənd təsərrüfatı mallarının qiymətlərindəki artımlar, təklif proseslərində və tələbin inkişafındakı fasilələr kimi amillər təsir göstərir. İdarə Heyəti qlobal sülh mühitinin bərpası və inflyasiyadakı baza təsirlərinin aradan qaldırılması ilə de-inflyasiya prosesinin başlayacağını gözləyir. Bu çərçivədə İdarə Heyəti siyasət faizini sabit saxlamağa qərar verib", - Bankın açıqlamasında deyilir.