Türkiyəli nazir AQAT-Silver-də

Türkiyənin "Toxum Sənaye və Üreticiləri Alt Birliyi" naziri, ECOSA təşkilatının İdarə Heyətinin sədri Yıldıray Gençer Bakıya səfəri çərçivəsində AQAT-Silver mağazasına baş çəkib.
AQAT-Silver mağazalar şəbəkəsinin rəhbəri Aslan Abbaszadə qonaqlara məlumat verib ki, mağazada dünyanın müxtəlif ölkələrindən hər növ, geniş çeşidli təbii, müalicəvi daşlar, xanımlar və bəylər üçün kulonlar, boyunbağılar, qolbaqlar, üzüklər, breloklar, təsbehlər, suvenirlər, minerallar, ev aksessuarları və s daşlar mövcuddur. Bununla yanaşı mağazada hər bir bürcə uyğun olaraq təbii daşlar da var. Alınan bütün məhsullara 100 faiz və ömürlük zəmanət verilir. Təbii daş alan hər bir müştəriyə daşların xüsusiyyətləri və özəllikləri barədə resept təqdim edilir.
Sonra qonaqlara xatirə hədiyyələri təqdim edilib.