Türkiyənin qarşıdakı beş il üçün yol xəritəsi açıqlanıb

Türkiyənin qarşıdakı beş il üçün yol xəritəsi açıqlanıb

Türkiyənin qarşıdakı beş ilini əhatə edəcək İnkişaf Planı hazırlanaraq parlamentə təqdim edilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın X sosial media hesabından məlumat yayılıb.

Məlumatda deyilir: “2053 hədəfləri əsasında hazırladığımız və Türkiyənin gələcək beş ili üçün yol xəritəsi olacaq 12-ci İnkişaf Planımızı tamamladıq. QHT-lər, peşəkar təşkilatlar və iş dünyasının təmsilçiləri ilə ortaq fikir əsasında hazırlanan plan müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə təqdim edilib”.

Beş ana maddədən ibarət plan özündə “Bacarıqlı insan, möhkəm ailə, sağlam cəmiyyət”, “Sabit inkişaf, güclü iqtisadiyyat”, “Yaşıl və rəqəmsal transformasiya ilə rəqabətədavamlı istehsal”, “Təbii fəlakətlərə davamlı yaşayış sahələri, davamlı ətraf mühit” və “Ədalətə əsaslanan demokratik, yaxşı idarəçilik” bəndlərini əks etdirir.