Türkiyədə suriyalıya pasportunu ötürən amerikalı diplomat tutulub

Türkiyədə suriyalıya pasportunu ötürən amerikalı diplomat tutulub

Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşları ABŞ-ın Beyrutdakı konsulluğunun diplomatının Almaniyaya getmək istəyən Suriya vətəndaşına pasportunu satarkən tutublar.

“Report” “Huriyyet”ə istinadən xəbər verir ki, hadisə İstanbulda olub.

Bildirilib ki, diplomat pasportunu Suriya vətəndaşına 10 min dollara satmaqda ittiham olunur. O, xidməti pasportunu hava limanının zalında suriyalıya ötürərək həmin ərazini tərk edib. Suriya vətəndaşı qeydiyyata düşməyə cəhd göstərsə də, buna nail olmayıb. Ona qarşı dələduzluq maddəsi üzrə cinayət işi başlanıb.

Suriyalı və ABŞ diplomatına qarşı başlayan cinayət işi məhkəməyə göndərilib.