TV reportyor necə olmalıdır? 

TV reportyor necə olmalıdır? 

Reportyor olmaq hər jurnalistin bacaracağı iş deyil. Bu peşənin içindən keçmiş biri kimi deyə bilərəm: çeviklik, soyuqqanlılıq və çoxvektorlu düşüncə tərzi vacibdir. Xüsusilə iri miqyaslı tədbirlər zamanı bu keyfiyyətlər ikiqat əhəmiyyət kəsb edir. Gözünün qarşısında baş verən hadisələr, eyni anda redaksiyadan gələn göstərişlər və xəbər tələbləri, fərqlilik yaratmaq məsuliyyəti — bunların hər biri səni daim hazır vəziyyətdə saxlayır. Əgər bütün bu gərginliyi peşəkarlıqla idarə edə bilirsənsə, deməli, sən artıq bu işin ustasısan.

İTV-nin müxbirinin Ermənistan baş naziri Paşinyandan aldığı müsahibə, TV xəbərlərində uzun müddətdir müşahidə olunan durğunluğa yeni nəfəs gətirdi. Paşinyanın nə dediyi və ya nə demədiyi bu statusun mövzusu deyil — onu analitiklər təhlil edəcək.

Amma müxbir – ilk növbədə xəbər gətirən və sual verəndir. Gənc həmkarımızın bu cəsarətli təşəbbüsü alqışa layiqdir.

Mən də yaza bilərdim ki, “filan sualı verməliydi” və ya “kaş belə reaksiya verəydi”. Amma bunu kənardan söyləmək asandır. Hadisənin içində olmaq isə tam başqa məsuliyyət və hazırlıq tələb edir.

İTV isə həmin materialı efirdə yüksək peşəkarlıqla təqdim etdi. 

Bu cəhdlə gənc həmkarımız TV reportyorluğun etibarlı əllərdə olduğynu göstərdi.

Mehman Mehdiyev