Nazir Məcnun Məmmədov koronavirusa yoluxub

Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa yoluxub.

"BusinessTime" ”PostMedia”ya istinadən xəbər verir ki, bu səbəbədən nazir bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərinin açılış mərasimində iştirak etməyib.

Xatırladaq ki, bu gündən Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri fəaliyyətə başlayıb.