VAKANSİYA - SƏTƏM üzrə bölmə müdiri

VAKANSİYA

ATS Food vakansiya elan edir.

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi: 

İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün təklifləri rəhbərliyə bildirmək;

İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştrak  etmək;

Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;

Şirkətə işə qəbul olan işçilərə  ƏMTT üzrə giriş təlimatı keçmək;

Fəhlə və qulluqçuların əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında  nəzarəti həyata keçirmək  və ƏMTT üzrə cavabdeh şəxsərdən işçilərin biliklərinin yoxlamasının keçirilməsini, təkrar təlimatlandırmaların aparılmasını  tələb etmək;

Xidmətlərə, şöbələrə  ƏMTT üzrə təlimatların işlənib hazırlanmasında metodik vasitə ilə kömək etmək;

İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;

İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək; 

ƏMTT mühəndisinin işdə olmadığı hallarda nəzarətin rəhbərliyin əmri ilə təyin edilmiş ƏMTT və yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxslər tərəfindən həyata keçirilməsini təmin etmək;

İnnovativ təmir və idarəetmə metodlarını tətbiq etmək;

İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesində iştirak etmək;

Fövqəladə hal təlimlərinin təşkil olunması prosesi və fövqəladə halların idarə olunması prosesində iştirak etmək;

İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesi və proseslərin təhlükəsizliyinin dövri təhlili prosesində iştirak etmək;

Proseslərin təhlükəsizliyinin dövri təhlili və ilkin yanğınsöndürmə vasitələrinin yoxlanılması prosesində iştirak etmək;

Təhlükə potensiallı obyektlərin müəyyənləşdirilməsi və təhlükəsiz istisamarına nəzarət prosesində və SƏTƏM üzrə dövri tədbirlər planının hazırlanması və həyata keçirilməsinə nəzarət prosesində iştirak etmək;

Dövri SƏTƏM hesabatlarının təqdim olunması prosesində iştirak etmək;

İş yerlərinin əmək şəraitinə görə attestasiya edilməsi prosesində iştirak etmək;

Mövsümə uyğun olaraq  işçilərin iş geyimləri ilə təminatı və təhlükəli vəziyyət və fəaliyyət üzrə hesabatların verilməsi prosesində iştirak etmək;

Tullantıların idarə olunmasına nəzarət prosesində iştirak.

 Namizədə aid tələblər:

Ali təhsil (Texniki sahə üzrə)

İstehsalat müəssisəsində min 3-5 il təcrübə mütləqdir

Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (yaxşı)  

Microsoft Office proqramı üzrə biliklər 

Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı

İş qrafiki:

5 günlük iş qrafiki;

İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.

Üstünlüklərimiz: 

Nahar 

Servis 

Könüllü tibbi sığorta

Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM üzrə bölmə müdiri” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər