"Mediatorların ilkin hazırlıq kursları"nın yeni bir mərhələ

"Mediatorların ilkin hazırlıq kursları"nın yeni bir mərhələ

"Mediatorların ilkin hazırlıq kursları"nın yeni bir mərhələsinə start verildi.

Mediasiya Şurasının təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası  tərəfindən "ZOOM" platforması üzərindən onlayn şəkildə keçirilən təlimdə çıxış edən Nadir Adilov Mediasiya Şurasının fəaliyyətindən, mediatorların fəaliyyət prinsiplərindən, intizam və mediatorun etik davranış qaydalarından söz açıb, sonda hər bir namizədə uğurlar arzulayıb.

Ümumi 60 nəfər mediator olmaq üçün müraciət etmiş namizədin iştirak etdiyi təlimlər 4 qrup üzrə təşkil edilmişdir. Kurslarda təlimçi qismində Cabbar Həsənov, Mayıl Əhməd, Fərhad Mehdiyev, Mehriban Zeynalova, İlham Mehtiyev, Gəray Məmmədtağıyev, Gültəkin Məmmədova, Sadiq Bağırov çıxış edirlər.

Qeyd edək ki, kursların keçirilməsində əsas məqsəd mediatorların baza biliklərini formalaşdırmaq, mediasiya sahəsində ilkin nəzəri və praktiki biliklərə yiyələnmələrini təmin etməkdir.