VAKANSIYA - SƏTƏMM Təlimçisi

VAKANSIYA

Mayak Residence vakansiya elan edir.

İş şəraiti

İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir

Əməkhaqqı: 1600-1800 Azn

İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi) 

Vəzifə öhdəlikləri: 

Layihə üzrə işə cəlb edilən müəssisə və podratçı təşkilatların işçi heyətinə müvafiq təlim və təlimatların keçirilməsi;

Təqdimatlar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılması;

Layihədə tətbiq olunan SƏTƏMM prosedurları, qaydaları və təlimatları barədə işçiləri məlumatlandırmaq.

Aylıq və rüblük təlim planlarının hazırlanması, təlim cədvəllərinin excel formatda tərtibi və icrasının effektiv şəkildə təşkili;

Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması;

Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏMM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin verilməsi;

Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə təlim proqramının hazırlanması və icrasını təmin etmək;

Keçirilən təlimlər barədə müvafiq təlim materiallarını eləcə də, test suallarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

Keçirilmiş müvafiq təlimlər ilə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək;

Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi;

Qanunvericilik nəzdində olan biliklərin yoxlanma prosedurunun həyata keçirilməsi, sənədləşdirilməsi və izlənməsini həyata keçirmək; 

Təlimlərin keçirilməsi və nəticələri ilə bağlı jurnalları, aktları, protokolları hazırlamaq;

Qəza, hadisə və sovuşan xəta hallarından sonra öyrənilmiş dərslərə əsasən əlavə maarifləndirici təlimlərin keçirilməsini təmin etmək;  

Əməkdaşların əməyin təhlükəsizlik qaydalarına dair biliklərinin mütəmadi artırılmasına dəstək göstərmək; 

Layihə üzrə dövrü olaraq keçirilməli olan ilkin yardım, fövqəladə hallar üzrə təlim və tətbiqatların keçirilməsinə təşkil etmək; 

Layihə üzrə SƏTƏMM Şöbəsi tərəfindən tərtib edilən excel formatlı reyestrlərin izlənməsi və yenilənməsi; 

Layihədə intensiv əməliyyatlar zamanı lazım gəldikdə Şöbə Rəhbərinin göstərişinə əsasən sahə nəzarətini həyata keçirmək;

Vəzifə ilə bağlı tələblər:

Tikinti istiqaməti üzrə müvafiq vəzifədə minimum 3 il staj tələb olunur

Müvafiq ali texniki təhsil

Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu

Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartlar haqqında biliklər

Planlama, analiz və idarəetmə bacarığı; 

MS Office (MS Word, MS Excel) üzrə biliyin olması; 

Təlim metodologiyası bilikləri olmalı;

Əlavə məlumat

Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.

İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur. 

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏMM Təlimçisi” qeyd edərək, [email protected] poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.