Vüqar Əliyeva general-mayor rütbəsi verildi - SƏRƏNCAM

Vüqar Əliyeva general-mayor rütbəsi verildi - SƏRƏNCAM

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Belə ki, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyeva general-mayor rütbəsi verilib.

Qeyd edək ki, Vüqar Əliyev əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlamış, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirmişdir.

2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləmişdir.

2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" və "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilmişdir.