“AzInTelecom” jurnalistlər üçün təlim keçirib

“AzInTelecom” jurnalistlər üçün təlim keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC jurnalistlər üçün “Rəqəmsal transformasiyanı sürətləndirən xidmət və məhsullar” mövzusunda təlim keçirib.

Təlimdə müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 25 jurnalist iştirak edib.

Tədbir zamanı “AzInTelecom”un əməkdaşları bulud həlləri, vahid nömrə satışı, mobil nömrədaşıma, elektron sənəd dövriyyəsi, onlayn ödəniş sistemi, SİMA rəqəmsal həllər platforması, telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılması, mobil cihazların qeydiyyat sistemi və informasiya təhlükəsizliyi xidmətləri barədə çıxışlar ediblər.

Ümumilikdə interaktiv formada təşkil olunan təlimdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Sonda jurnalistlər arasında test müsabiqəsi təşkil edilib.

Təlimi uğurla başa vuran jurnalistlərə hədiyyələr verilib. İştirakçılar arasında AZƏRTAC-ın əməkdaşı da olub.