Vüsal Nəsirli bu departamentə yeni müdir müavini təyin etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.
BusinessTime xəbər verir ki, bununla bağlı Agentlik sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Musa Eldarov İnformasiya texnologiyaları departamentinin müdir müavini vəzifəsinə təyin olunub.
O, daha əvvəl rəqəmsal ödəniş xidmətləri göstərən elektron pul təşkilatlarının birində işləyib./iqtisadiyyat.az


