«Xalq Həyat» Sığorta maliyyə göstəricilərini açıqlayıb

«Xalq Həyat» Sığorta maliyyə göstəricilərini açıqlayıb

Azərbaycanın çevik və aparıcı həyat sığortası şirkəti olan «Xalq Həyat» Sığorta Şirkəti ASC 2026-cı ilin birinci yarısına olan uğurlu maliyyə göstəricilərini açıqlayıb.

Bu dövrdə şirkətin gəlirləri 7 milyon 755 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 493 min manat və ya 6,8% çoxdur. Xatırladaq ki, ötən ilin ilk yarısında şirkətin gəlirləri 7 milyon 262 min manat idi.

Gəlirlərin 81,5%-ini və ya 6 milyon 324 min manatını əsas əməliyyat gəlirləri formalaşdırıb. Əsas əməliyyat gəlirləri 1 milyon 22 min manat (19,3%) artıb.

Hesabat dövründə sığorta şirkətinin digər gəlirlərində də artım davam edib. Belə ki, investisiya gəlirləri 35,4 min manat (4%) artaraq 922 min manata, digər gəlirləri 6,2 min manat (70,5%) artaraq 15 min manata yüksəlib. Xalis sığorta ehtiyatlarının dəyişməsi şirkətə 493,4 min manat qazandırıb.

Bu ilin birinci yarısında «Xalq Həyat Sığorta Şirkəti» ASC-nin xərcləri 6 milyon 215 min manat təşkil edib. Şirkətin xərcləri illik müqayisədə 449 min manat artsa da, şirkət əsas əməliyyat xərclərini 822 min manat azaldıb. Əməliyyat xərcləri 4 milyon 835 min manat təşkil edib. İşlərin aparılması xərcləri isə 2,4 milyon manata bərabər olub.

Bu ilin ilk yarısında «Xalq Həyat Sığorta Şirkəti» ASC-nin xalis mənfəəti 1 milyon 540 min manat təşkil edib. Şirkət ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini 44 min manat (3%) artırıb.

Şirkət bu ildə də böyüməni davam etdirib. Belə ki, hesabat dövrünün sonunda şirkətin cəmi aktivləri 30 milyon 237 min manaat təşkil edib. Bu, ötən ilin iyun ayınnı sonu ilə müqayisədə 262 min manat və ya 0,9% daha çoxdur. Şirkətin öhdəliklərinin həcmi isə 13 milyon 697 min manat təşkil edib.

Yekunda şirkətin cəmi kapitalı 16 milyon 540 min manata bərabər olub. Bunun 15 milyon manatı nizamnamə kapitalının 1 milyon 540 min manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.