Xankəndi məhkəməsinə sədr təyin olunan İlkin Abdullayev kimdir? – DOSYE

Xankəndi məhkəməsinə sədr təyin olunan İlkin Abdullayev kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasımnın Prezidenti İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

BusinessTime xəbər verir ki, İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Əvvəllər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.