Xocavəndin mərkəzi parkı bərpa olunacaq
Xocavənd şəhərində yerləşən mərkəzi park, inzibati bina və mədəniyyət mərkəzinin bərpası və təmirinin layihələndirilməsinə başlanılır.
BusinessTime xəbər verir ki, bu barədə İqtisadiyyat.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Məlumata görə, qurum bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, layihələndirmə işləri 391.760 manata başa gələcək.


