Bank VTB (Azərbaycan)-dan Zəfər Gününə özəl nağd kredit kampaniyası

Bank VTB (Azərbaycan)-dan

Bank VTB (Azərbaycan) Zəfər Günü münasibətilə nağd pul kreditləri üzrə kampaniyaya start verir. Kampaniya çərçivəsində müştərilərə cari faiz dərəcəsinə 4,4%-dək endirim və kreditlər hər kəsə komissiyasız təklif olunur.

Müraciət üçün link: https://vtb.az/personal/loans/cashloans/

Kampaniya çərçivəsində müştərilər aylıq gəlirlərinin 26 mislinədək, maksimum 100 000 manat məbləğində nağd pul krediti əldə edə bilərlər. Kreditin müddəti 59 ayadək müəyyən edilir. Kreditin rəsmiləşdirilməsi üzrə komissiya tutulmur, cari faiz dərəcəsinə isə 4,4%-dək endirim tətbiq olunur.

Bundan əlavə, müştərilər digər banklardan götürdükləri yüksək faizli kreditləri 0% komissiya ilə Bank VTB (Azərbaycan)-da refinanslaşdıra və kredit öhdəliklərini bir kreditdə birləşdirə bilərlər. Bu imkan müştərilərə mövcud kredit öhdəliklərini daha əlverişli şərtlərlə yenidən maliyyələşdirmək imkanı yaradır.

Kampaniya 13 noyabr tarixinədək davam edəcək. Təklifdən yararlanmaq istəyən müştərilər Bank VTB (Azərbaycan)-ın istənilən filialına yaxınlaşa, vtb.az saytı vasitəsilə kredit üçün müraciət edə və ya 986 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bank VTB (Azərbaycan) Azərbaycan Respublikası Mərkəzi Bankının 22 oktyabr 1993-cü il tarixli, 162 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.