Azərbaycanda könüllü sığorta bazarı 13 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 992,874 milyon manat sığorta haqqı toplanılıb.
BusinessTime Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 756,936 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 30,9 % çoxdur.
Beləliklə, 9 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 76,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 65,6 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 882,723 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,1 % çoxdur. 9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.


