“Expressbank”dan müştərilərə pis xəbər - depozit faizlərini ENDİRDİ
“Expressbank” dörd əmanət məhsulu üzrə maksimal illik faiz dərəcələrini aşağı salıb.
Bankın “Extra Rəqəmsal depozit” məhsulu üzrə maksimal illik faiz dərəcəsi 10%-dən 9,5%-ə, “Klassik əmanət” üzrə isə 11%-dən 10,5%-ə endirilib.
Bununla yanaşı, “Mücrü” əmanəti üzrə maksimal illik faiz dərəcəsi 10%-dən 9,5%-ə, “Əlavə fürsət” məhsulu üzrə isə 9,5%-dən 9%-ə salınıb.
Beləliklə, hər dörd məhsul üzrə maksimal illik faiz dərəcəsi 0,5 faiz bəndi azaldılıb. Qeyd edək ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə indiki adını alıb. Bankın nizamnamə kapitalı 112,545 milyon manatdır. Səhmlərinin 48,8%-i “Azenco Group”a, 30,8%-i “Enerqoservis” MMC-yə, 20%-i Hafiz Seyidova, 0,4%-i isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur. (Plat)


