"AzSığorta"nın yığımları 7%-dən çox azaldı

"AzSığorta"nın yığımları 7%-dən çox azaldı

Bu ilin yanvar-sentyabr aylarında "AzSığorta" ASC-nin sığorta haqları 5 milyon 881 min manat təşkil edib.

Bu barədə Mərkəzi Bankdan istinadən məlumat verilib.

Beləliklə, şirkətin sığorta yığımları illik müqayisədə 477 min manat və ya 7,5% azalıb.

Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr aylarında "AzSığorta" ASC-nin yığımları 6 milyon 358 min manat olub.

Qeyd edək ki, 2006-ci ildə qeydiyyata alınan “AzSığorta” ASC-nin nizamnamə kapitalı 14 milyon 7 min manat təşkil edir. Qanuni təmsilçi isə, Yusif Soltanov Rəhim oğludur.