Tam enerji yığdıqda 520 km qət edə bilir
Çinin keyfiyyətli premium elektrik avtomobili Skywell ET 5-in Azərbaycanda satışına başlandı. Tam elektrik avtomobilin sürüş məsafəsi 520 kilometrdir.
Azərbaycanda elektrik avtomobillərin (elektromobillərin) peşəkar satışı fəaliyyətlilə məşğul olmaq üçün "Onvolt" MMC şirkəti yaradılıb. Şirkətə Azərbaycanın avtomobil bazarının peşəkarlarından biri olan, bu sahədə 20 ildən artıqdır çalışan Həsən İsmayılov rəhbərlik edir.
Marja.az xəbər verir ki, 01 Noyabr 2022-ci il tarixində "Onvolt" elektrik avtomobillərinin sərgi-satış salonunun açılışı baş tutub, Skywell ET5 elektrik avtombilinin təqdimatı keçirilib.
Tədbir zamanı keçirilmiş mətbuat konfransında "Onvolt" şirkətinin baş direktoru Həsən İsmayılov bildirdi ki, şirkətin əsas məqsədi ən keyfiyyətli elektrik avtomobillərin Azərbaycanda peşəkar satışını və servis xidmətlərini təşkil etməkdir.
"Tanınmış avtomobil brendlərinin əksəriyyəti Azərbaycanda təmsil olunur. İndiyədək ölkəmizdə bir sıra elektrik avtomobillərin satışına başlanılıb, lakin heç bir şəxs peşəkar, idxalçı səviyyəsində bu işlə məşğul olmayıb. Ölkəmizdə ilk dəfə yalnız elektrik avtomobili satışını həyata keçirən sərgi-satış salonu müştərilərin istifadəsinə verilir".
Həsən İsmayılov vurğuladı ki, Çin elektrik avtomobillərin istehsalında dünyada qabaqcıl yer tutur: "Biz Çində istehsal olunan elektrik avtomobillərindən hansının ən keyfiyyətli olduğunu və Avropa ölkələri tərəfindən qəbul edildiyini araşdırdıq. Bunu araşdırarkən Skywell ET5 elektrik avtomobilinin müəyyən etdiyimiz tələblərə cavab verdiyini öyrəndik və bu avtomobilin istehsalçısı ilə işgüzar əlaqə qurduq. "Onvolt" şirkəti Skywell brendinin Azərbaycanda eksklüziv rəsmi idxalçısıdır".
Mətbuat konfransında "Skywell Motor" şirkətinin Regional satış direktoru Chen Quanrong bildirdi ki, "Skywell" öz təcrübəsini 1988-ci ildə əsası qoyumuş "Skyworth" şirkətilə toplayıb. "Skyworth" aparıcı audio-vizual məhsulların (TV, kamera və s.) istehsalçısıdır. Elektrik məhsullar istehsalı sahəsində böyük təcrübə toplamış şirkətin sahibi bu təcrübəsinə söykənərək 2011-ci ildə NEV (New Energy Vehicles) sahəsinə daxil olmaq üçün "Skywell Motor Group" şirkətini yaradıb. Şirkət elektrik avtomobillərin istehsalını, satışını və servisini birləşdirib tam məhsul zəncirini formalaşdırır. 2017-ci ildə "Skywell" rəsmi olaraq sərnişin avtomobilləri layihəsinə start verib. 2020-ci ildə Şirkət ilk elektrik avtomobilini - Skywell ET5 premium SUV modelini təqdim edib və 2021-ci ildə satışına başlayıb.
Chen Quanrong vurğuladı ki, Skywell brendinin yeni Skywell ET5 elektromobili Çinin premium elektromobil brendləri arasında dinamik inkişafı ilə seçilir.
Mətbuat konfransında "Onvolt" şirkətinin direktor müavini Nəzmi İsmayılov çıxış edərək bildirdi ki, bir çox unikal xüsusiyyətləri ilə öz sinfində yeganə olan Skywell ET5 yüksək performans, premium interyer avadanlıqları və yüksək komfort təklif edir. Avtomobildən istər şəhər, istərsə də şəhərdənkənar səyahətlər zamanı zövq alınır.
BU ELEKTRİK AVTOMOBİLİ İLƏ DAHA UZAQ MƏSAFƏLƏRƏ SƏFƏR EDƏ BİLƏRSİNİZ
Nəzmi İsmayılovun sözlərinə görə, Skywell ET5 yüksək mənzilə malik olması ilə fərqlənir. Avtomobilin batereyasının tam enerji yığması 520 km məsafə qət etməyə imkan verir:
"Sürətli enerji stansiyasında Skywell ET5-in batereyası 30 dəqiqə ərzində 70%-ə qədər enerji ilə dolur. Ev şəraitində isə (220 volt) batareya 11 saat ərzində tam enerji yığır".
AVTOMOBİL YÜKSƏK PERFORMANS TƏQDİM EDİR - 8 SANİYƏYƏ 100-Ü YIĞIR
204 at gücü (150 kVt) və 320 Nm maksimum fırlanma anı ilə Skywell ET5 çətin şərtlər üçün SUV-dir. Skywell ET 5-in maksimum sürət limiti 150 km/saatdır və 0-100 km/saat sürətlənməsi 8 saniyədən də az vaxt tələb edir.
Təqdim edilən Skywell ET5 avtomobili, müasir lüks avtomobillərə məxsus bütün konfiqurasiyalar ilə tam təchiz olunmuşdur. Azərbaycana “Onvolt” MMC tərəfindən gətirilən Skywell ET5 avtomobilləri Avropa ölkələrinə ixrac üçün nəzərdə tutulmuş variantdadır və Avropa standartlarına tam cavab verir.
TEXNİKİ XİDMƏT MƏRKƏZİ, PEŞƏKAR USTALAR VƏ EHTİYAT HİSSƏLƏRİ
Mətbuat konfransında "Onvolt" şirkətinin Satış sonrası meneceri Kamran Abdurəhmanov bildirdi ki, Azərbaycanda Skywell avtomobillərinə texniki xidmət “Motor House” texniki xidmət mərkəzində həyata keçirilir. “Motor House” mərkəzi öz texniki imkanları və müasir texnoloji təchizatına, eyni zamanda sahəsinə görə Azərbaycanın ən böyük texniki xidmət mərkəzidir. Burada elektrik avtomobillərinə texniki xidmət göstərmək üçün xüsusi təlim keçmiş peşəkar ustalar və müasir avadanlıqlarla təchiz olunmuş xüsusi xidmət sahəsi mövcuddur. “Onvolt” şirkəti tərəfindən Skywell avtomobillərinə hər növ texniki xidmət göstərilməsi üçün böyük ehtiyat hissələri anbarı təşkil edilmişdir. Bütün bunlar Skywell avtomobillərinin sahiblərinə yüksək səviyyəli xidmət göstərilməsinə zəmanət verir.
BATAREYASINA 8 İL ZƏMANƏT VERİLİR
Avtomobillərə 5 il və ya 150.000 km, batareyasına isə 8 il zəmanət verilir. Avtomobil müştərilərə beş ilədək müddətə, sərfəli kredit şərtləri ilə təklif olunur.
Tədbirdə bildirildi ki, Skywell ET5 elektrik avtomobilinin satış qiyməti 98 min 600 manat təşkil edir.
Skywell ET5 avtomobilinin satış və sərgi salonu Ceyhun Hacıbəyli 194 ünvanında yerləşir. Əlavə məlumat almaq və sınaq yürüşünə yazılmaq üçün (+994 12) 440 00 07 və (+994 99) 440 00 07 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.
Həmçinin tədbirdə qeyd edildi ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən, may ayında Bakı-Mingəçevir marşrutu üzrə təşkil edilmiş “yaşıl ölkə” eko-avto yürüşü zamanı, SKYWELL ET5 öz texniki göstəricilərini tam təsdiq etmişdir. Təsadüfi deyil ki, SKYWELL ET5 avtomobili 2022-ci ildə Türkiyədə “ilin elektrik avtomobili” nominasiyasının qalibi seçilmişdir. Xatırladaq ki, Türkiyədə, İsraildə, Avropada və Amerikada satışa çıxarıldığı ilk gündən SKYWELL ET5 avtomobili alıcıların xüsusi rəğbətini qazanmışdır.
Tədbirdə Çinin Nanjing İqtisadi Zonasının nümayəndəsi Çen Kay və Çin Xalq Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinin müşaviri cənab Ma Çi da iştirak ediblər.