Volkswagen xərcləri azaltmaq üçün Seat markasını ləğv edə bilər
Volkswagen Group maliyyə vəziyyətini yaxşılaşdırmaq və xərcləri azaltmaq məqsədilə radikal qərarlar qəbul etməyə hazırlaşır. Bu tədbirlər çərçivəsində İspaniyanın Seat markasının fəaliyyətinə son qoyulması gündəmə gəlib.
Almaniya KİV-lərinin məlumatına görə, Volkswagen Group-un direktorlar şurası Seat markasının ləğvi ilə bağlı qərar qəbul edib. Şirkət beləliklə xərcləri azaltmaq və qrupun maliyyə göstəricilərini yaxşılaşdırmaq niyyətindədir.


