Böyük Lucid Gravity krossoveri yeni top versiyaya sahib olub
Lucid Motors şirkəti böyük elektrik krossoveri Gravity modelinin yeni top versiyası olan GT-S-i təqdim edib.
Yeni versiya üçmühərrikli elektrik güc qurğusu ilə təchiz olunub. Sistem 1085 at gücü hasil edir ki, bu da modeli Gravity ailəsinin ən güclü versiyasına çevirir.
Lucid Motors şirkəti 2016-cı ildə yaradılıb. Markanın ilk seriya modeli olan tam ölçülü elektrik sedanı Air 2021-ci ildə istehsala başlayıb.


