İdarəyə yeni rəis təyin olunub

İdarəyə yeni rəis təyin olunub

Neftçala rayon Gənclər və İdman idarəsində təqdimat keçirilib.

Neftçala rayonu Gənclər və İdman İdarəsində yeni rəisin Əhmədov Araz Tofiq oğlunun kollektivə təqdimatı keçirilib. Təqdimatda Neftçala RİH-nin, YAP-nın, Rayon Təhsil Şöbəsinin, Gənclər və İnkişaf Karyera mərkəzinin məsul şəxsləri və kollektiv iştirak edib.
 
Məlumat üçün bildiririk ki, Əhmədov Araz Tofiq oğlu 02 oktyabr  1972-ci ildə Neftçala şəhərində anadan olub. 1989-cu ildə Neftçala şəhər 1 saylı tam orta məktəbini bitirib.
 
1991-ci ildə Bakı Dövlət Universitetinin mexanika – riyaziyyat fakültəsinə daxil olub və 1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildən Neftçala rayon Uşaq-Gənclər  Şahmat məktəbində məşqçi-müəllim,  2016-cı ildən həmin məktəbin 
direktoru, 2018- 2022- ci illərdə Neftçala rayon Təhsil şöbəsində işləyib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından Araz Əhmdovu təbrik edir və işlərində uğurlar arzulayırıq.

BusinessTime