Zakir Nuriyevin bankı icra başçısının nümayəndəsini məhkəməyə verib

Zakir Nuriyevin bankı icra başçısının nümayəndəsini məhkəməyə verib

“RabitəBank” ASC Masallı rayon sakini Qurbanov Rövşən Müseyib oğlunu məhkəməyə verib.

BusinessTime” xəbər verir ki, müraciətə səbəb kredit müqaviləsi üzrə mübahisələrlə bağlı olub.

İşə Masallı Rayon Məhkəməsində hakim Ellara Abbasovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Qurbanov Masallı Rayonu İcra Hakimiyyəti Başçısının Mahmudavar kəndi üzrə inzibati ərazi dairəsdir.

Xatırladaq ki, Azərbaycanın ən iri kommersiya banklarından olan “RabitaBank” 1993-cü ildə yaradılıb və onun Müşahidə Şurasının sədri Zakir Nuriyevdir. Z.Nuriyev eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının da sədridir.