İsa Həbibbəylinin qardaşı “Azercell”i məhkəməyə verib

Həbibbəyli Yaqub Əkbər oğlu “Azercell Telekom” MMC-ni məhkəməyə verib.
BusinessTime xəbər verir ki, işə Bakı Kommersiya Məhkəməsində martın 1-də baxılacaq.
Alqı-satqı müqaviləsi üzrə yaranan mübahisələrlə bağlı keçiriləcək prosesə sədrliyi hakim Kənan Hüseynov edəcək.
Xatirladaq ki, Y.Həbibbəyli Milli Məclisin deputatı, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin qardaşıdır.
Bir müddət əvvəl yayılmış siyahıya görə, deputatın qardaşı 2000-ci ildən dövlət qeydiyyatına alınmış "Gəmiqaya-XXI" adlı firmasına rəhbərlik edir.