2024-cü ildə istifadəçilərin 2,4 milyard dollar məbləğində potensial itkisinin qarşısını alınıb

2024-cü ildə istifadəçilərin 2,4 milyard dollar məbləğində potensial itkisinin qarşısını alınıb

"Binance"ın fəal tədbirləri sayəsində 1,2 milyondan çox istifadəçi potensial dələduzluq əməlindən xilas olub ki, bu da şirkətin müştərilərini qorumaq üzrə daimi öhdəliyini təsdiq edir.

Ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjasının arxasında duran aparıcı blokçeyn ekosistemi "Binance"ın verdiyi məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayları aralığında 1,2 milyondan çox istifadəçinin zərər çəkməsi ilə nəticələnə biləcək potensial fırıldaqçılıq və dələduzluq əməlləri ilə bağlı 2,4 milyard ABŞ dollarından çox itkinin qarşısını almağa müvəffəq olmuşdur. Bu, platformada şübhəli transaksiyaları səmərəli şəkildə müəyyən etməyə və qeyd etməyə imkan verən risklərin idarə edilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olmuşdur.

Kriptovalyutanın çıxarılma mərhələsində, əsasən, şübhəli transaksiyalar qeydə alınır. Bu il 1,1 milyard ABŞ dollarından çox məbləğ və ya qarşısı alınmış 2,4 milyard dollar məbləğində ümumi itkilərin təxminən 45%-i şübhəli kripto dələduzluğu ilə bağlı olmuşdur.

"Binance" süni intellekt və əllə yoxlama vasitəsilə real vaxt rejimində gecə-gündüzlü monitorinqi təmin edən daxili risk idarəetmə sistemindən istifadə edir. Bu sistem istifadəçiləri qorumaq məqsədilə şübhəli transaksiyaları müəyyən etməyə və onlara operativ reaksiya verməyə imkan verir. Risklərin qiymətləndirilməsi mexanizmi "Binance"ın müxtəlif fəaliyyət istiqamətlərini, o cümlədən P2P ticarəti, ödənişlər və pul vəsaiti çıxarılmasını əhatə edir. Risklərin azaldılmasını təmin etmək məqsədilə sistemə nəzarətin bir neçə səviyyəsi inteqrasiya olunmuşdur ki, bu da ümumi risk səviyyəsini icazə verilən hədlər daxilində saxlamağa kömək edir.

"İstifadəçinin qayğısına qalmaq "Binance"da bizim üçün həmişə əsas prioritet olub ki, bu da istifadəçilərimizi və onların aktivlərini gecə-gündüz qorumağa imkan verən sənayenin aparıcı texnoloji alətləri və proseslərinin yaradılması və saxlanmasına diqqətimizin əsasını təşkil edir", − deyə "Binance"ın texniki direktoru Rohit Vad bildirib. "Cəmi yeddi ay ərzində 2,6 milyard ABŞ dollarından çox məbləğdə potensial itkilərin qarşısının alınması bizim uzun illər ərzində gördüyümüz israrlı işin və sadiqliyin sübutudur. Biz səylərimizin istifadəçilər üçün daha təhlükəsiz ekosistem yaratmağa kömək etməsinə şadıq və potensial təhlükələri qabaqlamaq məqsədilə sistemlərimizi və imkanlarımızı müntəzəm olaraq təkmilləşdirməklə sənaye lideri kimi öz məsuliyyətimizi yerinə yetirməyə davam edəcəyik".

Monitorinq və aşkar etmə ilə yanaşı, "Binance" həmçinin istifadəçiləri kripto dələduzluğundan qorumaq məqsədilə geniş alətlər və tədbirlər kompleksindən istifadə edir.

Şirkətin risklərə nəzarət üzrə tədbirləri riskin ciddiliyindən asılı olaraq səkkiz səviyyəyə bölünür və istifadəçilərin məlumatlılığı və təhlükəsizlik arasında tarazlıq yaradır. Bu tədbirlərə nizamlaşdırılan aşkaredici bildirişlər, gecikmə funksiyaları və xəbərdarlıq siqnalları daxildir. Bundan əlavə, "Binance" potensial risk altında olan istifadəçilərə problemlərini çözməkdə yardım etmək məqsədilə apellyasiya emalının müxtəlif kanallarını (tam avtomatlaşdırılmış prosesdən əllə prosesə qədər) təklif edir.

"Binance" istifadəçilərin aktivlərini qorumaq məqsədilə mümkün olan hər şeyi həyata keçirməyə davam etsə də, şirkət istifadəçilərin sayıqlığının vacibliyini də qeyd edir.

"Biz həmçinin istifadəçilərimizi ayıq-sayıq olmağa və təhlükəsizlikləri üçün məsuliyyət daşımağa çağırırıq", − deyə Rohit sözlərinə əlavə edib. "Komandamız vəsaitlərinizi qorumaq məqsədilə kompleks tədbirlər həyata keçirsə də, nəticədə aktivlərin qorunmasında ən mühüm rolu istifadəçilərin özləri oynayırlar. Hadisələrdən xəbərdar olun, etibarlı təhlükəsizlik üsullarından istifadə edin və potensial dələduzluq əməllərindən özünüzü qoruyun".

Bu xəbər cari ilin 31 iyul tarixinə olan məlumata əsasən, "Binance"ın kənar istifadəçilər tərəfindən səhvən göndərilmiş və ya itirilmiş 73 milyon ABŞ dollarından çox pulu qaytardığına dair bir sıra son hesabatları tamamlayır. Şirkət həm öz platformasında, həm də ondan kənarda bütün kriptovalyuta istifadəçiləri üçün təhlükəsiz mühitin təmin edilməsi məqsədilə yeniliklər həyata keçirməyə və təhlükəsizlik tədbirlərini təkmilləşdirməyə davam edir.