500 “Azərpoçt” şöbəsində nağdsız ödənişlərin mümkünlüyü

500 “Azərpoçt” şöbəsində nağdsız ödənişlərin mümkünlüyü

“Azərpoçt” yenilənmə dövrünə keçid etdikdən sonra mütəmadi olaraq qeyd etdiyiniz prinsiplərin tam təmin edilməsi üçün müxtəlif rəqəmsal həllərdən faydalanır. İlk növbədə, qeyd etməliyəm ki, artıq 3 ildir ki, “Azərpoçt” şöbələrində nağdsız ödənişlərin təşviqi və maliyyə şəffaflığının təmini üçün POS-terminallar istifadəyə verilib. “Azərpoçt”un “VISA” ödəniş sisteminin tamhüquqlu üzvü olması nəticəsində minimum 500 “Azərpoçt” şöbəsində nağdsız ödənişlərin mümkünlüyü təmin olunub.

BusinessTime.az xəbər verir ki, bu barədə “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev "İki Sahil"-ə bildirib.

O qeyd edib ki, operativlik prinsipi isə İnternet Bankçılıq, “AzPostMobile” xidmətləri ilə təmin olunub. Artıq hüquqi və fiziki müştərilərimiz şöbələrimizə yaxınlaşmadan öz maliyyə əməliyyatlarını sürətli və rahat bir şəkildə idarə edə bilirlər.

“Azərpoçt”un etibarlı xidməti kimi biz “Postcargo”nu da nümunə göstərə bilərik. Belə ki, xarici ölkələrdən elektron kommersiya məhsullarının çatdırılmasını təmin edən bu karqo xidməti artıq neçə ildir ki, vətəndaşların etibarını qazana bilib, bunun səbəblərindən biri də bu xidmətin “Azərpoçt” nəzdində formalaşması, vətəndaş qarşısında öhdəlik məsuliyyətinin qəbul edilməsidir.