Nigar Arpadarai yeni vəzifəyə təyin edildi
![Nigar Arpadarai yeni vəzifəyə təyin edildi](https://businesstime.az/uploads/images/2024/01/image_750x_65b7ece57d1ae.jpg)
Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu (UN Climate Change High-Level Champion) təyin edilib.
Bu barədə COP29-un X hesabında məlumat verilib.
Qeyd edək ki, N.Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, beynəlxalq təşkilatlarda, idman və telekommunikasiya sahəsində 15 illik iş təcrübəsindən sonra parlamentə seçilib.