Xətai rayonunda konsert və atəşfəşanlıq olub
Bakının Xətai rayonunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi ilə əlaqədar konsert proqramı təşkil edilib.
Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram konsertində Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı böyük xidmətlərindən və Prezident İlham Əliyevin dahi rəhbərliyi, böyük cəsarəti və əzmkarlığı sayəsində əldə olunan tarixi zəfərdən danışılıb.
Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ağsaqqallar və ziyalıların, rayon sakinlərinin və qonaqların qatıldığı konsertdə tamaşaçılara tanınmış incəsənət ustalarının və rəqs ifasında rəngarəng konsert proqramı təqdim edilib.
Konsert tədbiri rayon sakinləri tərəfindən maraq və coşqu ilə qarşılanıb.
Bayram konserti atəşfəşanlıqla başa çatıb.
BusinessTime.az