“Azərsığorta” ödənişlərin həcmini açıqladı

“Azərsığorta” ödənişlərin həcmini açıqladı
Sığorta bazarının ən iri şirkətlərindən olan “Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar ayı ərzində verilən sığorta ödənişlərinin həcmini açıqlayıb.

Bu barədə BusinessTime-a Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, 2022-ci ilin yanvar ayında Şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin həcmi 1,996 mln manata çatıb. 

Qeyd edək ki, ”Azərsığorta” Dövlət Sığorta Şirkəti ödənişlərin həcminə görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk üçlüyə daxildir.